Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

05.05.2025     92     AzTU

“Bitget” şirkətinin icraçı direktoru Vüqar Usi Zadə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə AzTU-nun Rəqəmsal Transformasiya Şurasının üzvləri və universitetin nümayəndələri də iştirak edib.

Müasir rəqəmsal dünyada baş verən yeniliklərdən danışan rektor deyib ki, AzTU-da blokçeyn texnologiyası sahəsində peşəkar kadr hazırlığı, elmi-tədqiqatların aparılması prioritet məsələlərdəndir. Bunun üçün universitet “Bitget” kimi müəssisələrlə əməkdaşlıq etməkdə maraqlıdır.

Öz növbəsində “Bitget” şirkətinin icraçı direktoru Vüqar Usi Zadə dünyanın müxtəlif aparıcı universitetləri ilə rəhbərlik etdiyi şirkətin əməkdaşlığı barədə məlumat verib. Bildirib ki, şirkət nümayəndələri beynəlxalq səviyyədə əldə etdiyi biznes təcrübələrini AzTU tələbələri ilə bölüşməyə hazırdır. O, AzTU-da universitet-sənaye işbirliyi istiqamətində görülən işləri də yüksək qiymətləndirib.

Görüşdə şirkətin universitetlə birgə tədris və seminarlar təşkil etməsi, tədqiqat və təcrübə imkanları, müxtəlif innovasiya müsabiqələrində tələbələrin iştirakı, istedadlı tələbələrə xüsusi təqaüdlərin verilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra görüş sual-cavab formatında davam etdirilib.


Related news