Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Beynəlxalq tədbirin iştirakçıları AzTU-da olub

Beynəlxalq tədbirin iştirakçıları AzTU-da olub

05.04.2025     134     AzTU

 

Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı üzrə "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi çərçivəsində yaradılan Bacarıqların İnkişafı İşçi qrupunun Bakıda keçirilən 2-ci iclasının nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Tədbir Asiya İnkişaf Bankı, Azərbaycan Respublikasının İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Monqolustan və Pakistanın elm və təhsil nazirliklərinin, həmçinin ali təhsil müəssisələrinin nümayənədələrindən ibarət xarici qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə CAREC regionu ölkələrində sənayedə “Ədalətli keçid”, “Yaşıl bacarıqlar” və “İqlim dəyişikliyini nəzərə alan ağıllı kənd təsərrüfatı texnologiyaları”nın tətbiqinə və bu sahədə tədris və tədqiqat fəaliyyətinə önəmli töhfə verəcək.

Görüş zamanı Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyası sahəsində AzTU-nun təcrübəsi barədə təqdimat keçirilib. Daha sonra qonaqlar AzTU-nun tədqiqat institutları və mərkəzlərinin fəaliyyəti ilə tanış olub.

 

 


Related news