Azərbaycan Texniki Universitetinin (AzTU) sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinin Bakı Gəmiqayırma Zavodunun Təlim və inkişaf departamentində istehsalat təcrübəsi başa çatıb.
30 iyun 2025-ci il tarixində tələbələr istehsalat təcrübəsinin hesabatlarını müvəffəqiyyətlə müdafiə ediblər. İstehsalat təcrübəsinin nəticələrinə uyğun olaraq, Bakı Gəmiqayırma Zavodu Təlim və inkişaf departamenti tərəfindən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.
AzTU-nun rektoru Vilayət Vəliyev tərəfindən təcrübənin yüksək səviyyədə təşkilinə görə təcrübə rəhbəri, Təlim və inkişaf departamentinin müdiri Nəcəf Mustafayevə fəxri fərman təqdim edilib.
Həmçinin sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin yüksək səviyyədə təşkil olunmasına görə Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevə təşəkkür məktubu ünvanlanıb.