Azərbaycan Texniki Universitetində (AzTU) “Andersen” MMC şirkətinin nümayəndələri ilə görüş keçirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev şirkətlə birgə süni intellekt, fintek və digər uyğun sahələr üzrə inkişaf proqramlarının həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, tələbələrlə yanaşı müəllim hazırlığının da vacibliyi qeyd olunaraq Təlimçilər üçün Təlim (TOT) proqramlarının təşkili imkanları müzakirə edilib.
“Andersen” MMC-nin Azərbaycan üzrə direktoru Adil Mənsimov şirkət tərəfindən həyata keçirilən və məzunlar üçün nəzərdə tutulmuş birillik İT bacarıqlarının təkmilləşdirilməsi proqramı barədə məlumat verib. O, həmçinin 3 və 4-cü kurs tələbələri üçün “Andersen” şirkətində təcrübə keçmə imkanlarının yaradıldığını da qeyd edib.
Görüşdə əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda tərəflər arasında əməkdaşlıq haqqıda memorandum imzalanıb.