Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektoru daxili qrant müsabiqəsinin qalibləri ilə görüşüb

AzTU rektoru daxili qrant müsabiqəsinin qalibləri ilə görüşüb

06.01.2026     90     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetdə elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, prioritet elmi istiqamətlərin dəstəklənməsi və tədqiqat potensialının gücləndirilməsi məqsədilə keçirilmiş daxili qrant müsabiqəsində qalib olan layihə rəhbərləri ilə görüş keçirib.

Qalibləri təbrik edən rektor bildirib ki, müsabiqə AzTU-nun elm siyasətinə uyğun şəkildə təşkil olunub. O vurğulayıb ki, əsas hədəf tədqiqat fəaliyyətinin sistemli şəkildə təşviq edilməsi, mövcud elmi potensialdan səmərəli istifadənin təmin olunması və universitetin beynəlxalq elm məkanında rəqabət qabiliyyətinin artırılmasıdır.

Vilayət Vəliyev qalib layihələrin müasir elmi çağırışlara cavab verdiyini, innovativ yanaşmaları və tətbiq imkanları ilə seçildiyini qeyd edib. Rektor layihələrin müəyyən olunmuş müddətdə uğurla icra olunacağına inandığını bildirib, tədqiqatçıları aktiv əməkdaşlığa, nəticəyönümlü fəaliyyətə və əldə edilən elmi nəticələrin beynəlxalq elmi platformalarda tanıdılmasına çağırıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, layihələrin icrası, gözlənilən elmi və sosial nəticələr, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.


Related news