Azərbaycan Texniki Universitetinin (AzTU) professorları Yadigar İmamverdiyev və Mehman Həsənov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Türkiyə Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında iştirak edib.
Mühəndislik sahəsində yeniliklərin, qabaqcıl təcrübələrin və elmi nailiyyətlərin müzakirəsinə həsr olunan konfransda Yadigar İmamverdiyev “Kiberhücumlar və ona qarşı tədbirlər”, Mehman Həsənov isə “Telekommunikasiya və mobil rabitə” mövzusunda məruzələrlə çıxış edib.