Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihənin Bişkekdə növbəti görüşü keçirilib

AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihənin Bişkekdə növbəti görüşü keçirilib

25.11.2025     55     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi ilə bağlı Qırğızıstanın Bişkek şəhərində K. İ. Skryabin adına Qırğız Milli Aqrar Universitetində “CAREC regionunda iqlim dəyişikliklərinə uyğunlaşdırılmış kənd təsərrüfatı” mövzusunda növbəti regional seminar keçirilib.

Seminarda Niderlandın Vaqeninqen Universiteti və CAREC proqramına üzv ölkələrin aparıcı aqrar və texniki universitetləri iştirak edib. Tədbirdə Azərbaycandan yeganə ali təhsil müəssisəsi olan AzTU-nu tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli və Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının müdiri Ceyhun Hacıyev təmsil edib.

AzTU-nun prorektoru Nurəli Yusifbəyli iqlim dəyişikliyinə uyğun dayanıqlı kənd təsərrüfatının qurulmasında mühəndislik və rəqəmsal transformasiyanın vacibliyini qeyd edib, bu sahədə texniki universitetlərin rolunun önəmini diqqətə çatdırıb.

Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının müdiri Ceyhun Hacıyev “Just Transition” (“Ədalətli Keçid”) mövzusunda məruzə ilə çıxış edib. Mərizəsində kənd təsərrüfatının iqlim dəyişikliklərinə adaptasiyasında sosial ədalət, icmaların hazırlanması, risklərin idarə olunması və yaşıl iqtisadiyyatın transformasiyasının ali təhsil müəssisələri tərəfindən diqqətlə araşdırılması və həmin istiqamətlərdə sənayeyə və ictimaiyyətə dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb. O həmçinin müvafiq istiqamətlərdə AzTU təcrübəsini iştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində həmçinin layihədə iştirak edən ali təhsil müəssisələri, Asiya İnkişaf Bankı və Vaqeninqen Universiteti arasında tərəfdaşlıq haqqında saziş imzalanıb.

Sazişdə CAREC regionunda iqlim dəyişikliyinə davamlı və dayanıqlı kənd təsərrüfatının inkişafı üçün akademik əməkdaşlıq, tədqiqat layihələri və yeni təhsil proqramlarının yaradılmasını nəzərdə tutulub.


Related news