Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun tələbələri arasında qiymətləndirmə testi keçirilib

AzTU-nun tələbələri arasında qiymətləndirmə testi keçirilib

29.04.2023     599     AzTU

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bununla əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq Xidmətin texniki mərkəzində AzTU-da informasiya təhlükəsizliyi sahəsində bakalavr və magist səviyyələrində təhsil alan xüsusi fərqlənən tələbələr arasında sahə üzrə qiymətləndirmə testi keçirilib.

Çıxış edənlər belə tədbirlərinin keçirilməsinin tələbələrin praktiki təcrübəsi və dünyagörüşü, eləcə də kibertəhlüləsizlik sahəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamış, tələbələrə uğurlar arzulayıb.

Qeyd edək ki, qiymətləndirmə testində iştirak edən tələbələrə sertifikatlar təqdim olunacaq.  Qaliblər isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılacaq.


Related news