Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.
İclasda texnopark qismində Bilişim Vadisi Bakı Mərkəzinin yaradılması ilə bağlı son vəziyyət, TÜBİTAK BİLGEM-lə AzTU-nun əməkdaşlıq istiqamətləri və digər məsələlər müzakirə olunub.
AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyəyə sonuncu səfəri zamanı Bilişim Vadisi və TÜBİTAK BİLGEM-də keçirdiyi görüşlər, müzakirə olunan məsələlər barədə şura üzvlərinə məlumat verib.
Qeyd olunub ki, Bilişim Vadisi Bakı Mərkəzinin 2023-cü ilin ikinci rübünədək fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, 2023-cü ildə AzTU tələbələrinin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.
Şura üzvləri Bilişim Vadisi ilə birgə yaradılacaq Bilişim Vadisi Bakı Mərkəzi, həmçinin AzTU-da kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, bu istiqamətdə magistratura səviyyəsində yeni proqramlarının hazırlanması ilə bağlı bir sıra təkliflər səsləndiriblər.