Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

AzTU-nun Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

18.10.2022     640     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

İclasda Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində təhsil və tədrisin idarə edilməsi istiqamətində hazırlanan bir sıra rəqəmsal həllər iştirakçılara təqdim edilib və onun tamamlanma vəziyyəti haqqında ətraflı məlumat verilib.   

Həmçinin universitetin yenilənmiş saytı şura üzvlərinə təqdim olunub.

AzTU-da texnoparkın yaradılması və universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də şura üzvləri tərəfindən müzakirə olunub.  

Rektor Vilayət Vəliyev AzTU-nun bu istiqamətdə əməkdaşlıq etdiyi xarici universitetlər və şirkətlər barədə məlumat verib. 

İclasda universitet-sənaye işbirliyinin inkişafında ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərlə bağlı müzakirələr aparılıb və təkliflər verilib.

 

 

Related news