Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun rektoru ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb

AzTU-nun rektoru ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb

20.09.2023     542     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Qazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb. Rektor qeyd edib ki, tələbələr iki il AzTU-da, iki il Türkiyənin müvafiq universitetlərində təhsil alacaqlar. Görüş zamanı tələbələrin təəssüratları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ankara Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına qəbul olunan tələbələr kompüter mühəndisliyi, Qazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramına qəbul olunan tələbələr isə elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alacaqlar.


Related news