Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda yay imtahan sessiyasının nəticələri, 2022/2023-cü tədris ili üzrə tələbə qəbulunun yekun hesabatı dinlənilib.
AzTU-nun Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlığı çərçivəsində icrasına başlanılan “AzTU-Turkish Aerospace, MGP 2023” proqramı haqqında da şura üzvlərinə məlumat verilib. Qeyd olunub ki, bakalavriat (IV kurs ), magistratura (I və II kurs ) və doktorantura səviyyələrində təhsil alan və akademik göstəriciləri yüksək olan tələbələr arasından seçiləcək 48 nəfər dinləyici statusu qazanaraq 4 ay müddətində sözügedən proqramda iştirak edəcək.
İclasda, həmçinin professor-müəllim heyətinin kompüter biliklərinin artırılması və qiymətləndirilməsi, ingilis dilinin tədrisinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.