Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU nümayəndə heyətinin Finlandiyaya işgüzar səfəri davam edir

AzTU nümayəndə heyətinin Finlandiyaya işgüzar səfəri davam edir

28.03.2026     57     AzTU

AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Finlandiyaya işgüzar səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti Turku Universiteti, Metropolia Tətbiqi Elmlər Universiteti, Haaga-Helin Tətbiqi Elmlər Universitetində işgüzar görüşlər keçirib.

Turki Universitetində əsas diqqət məlumat elmi (data science), süni intellekt və rəqəmsal sistemlər sahəsində əməkdaşlığa yönəlib, həmçinin birgə elmi tədqiqatlar, PhD proqramları və beynəlxalq layihələrdə iştirak üzrə ilkin razılaşmalar əldə olunub.

Metropolia Tətbiqi Elmlər Universiteti ilə görüşlər tətbiqi mühəndislik və innovasiya yönümlü əməkdaşlığa yönəlib. Görüş zamanı ikili təhsil modelinin tətbiqi, sürətli prototipləmə laboratoriyasının yaradılması, tələbələrin iştirak etdiyi innovasiya layihələri, startap proqramları və sənaye yönümlü təlim mexanizmləri üzrə əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Haaga-Helia Tətbiqi Elmlər Universitetində keçirilən görüşlərdə isə təhsildə süni intellekt və texnoloji sahibkarlıq üzrə birgə fəaliyyət barədə razılığa gəlinib.

Qeyd edək ki, AzTU nümayəndə heyətində Yüksək Təhsil İnstitutunun direktoru Aynurə İsmayılova və Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov təmsil olunub.


Related news