Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU nümayəndə heyəti QS-in təşkil etdiyi beynəlxalq forumda iştirak edib

AzTU nümayəndə heyəti QS-in təşkil etdiyi beynəlxalq forumda iştirak edib

25.11.2025     78     AzTU

Özbəkistanın Daşkənd şəhərində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə “Üfüqlərin Genişləndirilməsi: Ali Təhsildə Qlobal Körpülərin Qurulması” adlı Avrasiya Forumu keçirilib.

Avropa və Asiyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan Texniki Universitetini (AzTU) tədris işləri üzrə prorektor professor Nurəli Yusifbəyli, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov təmsil edib.

Forum çərçivəsində AzTU-nun elmi, tədris, tədqiqat sahəsində beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikitərəfli əlaqələrin qurulması üçün iştirakçı universitetlərlə görüş və müzakirələr həyata keçirilib.


Related news