Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyində olub

AzTU nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyində olub

22.12.2025     78     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovla görüşüb.

Görüşdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov nazirliyin 2025-2030-cu illər üçün müəyyənləşdirdiyi insan kapitalının inkişafı üzrə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, həmçinin güclü müdafiə sənayesi ekosisteminin formalaşdırılması məqsədilə universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.

AzTU rektoru Vilayət Vəliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş təqdimatla çıxış edib.

Müzakirələr zamanı ölkəmizdə müdafiə sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə tədqiqat və inkişafa əsaslanan, elm tutumlu ekosistemin formalaşdırılmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Səmimi və konstruktiv şəraitdə keçirilən görüşlərdə qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsinə və prosesin davamlılığının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.


Related news