Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU müəllimlərinin həmmüəllifi olduqları ixtira beynəlxalq patent alıb

AzTU müəllimlərinin həmmüəllifi olduqları ixtira beynəlxalq patent alıb

24.06.2023     579     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materiallar texnologiyası kafedrasının müəllimləri - professor Arif Məmmədov və dosent Ramiz Həsənlinin həmmüəlifi olduqları “Kürəvi qrafitli legirlənmiş çuqun” adlı ixtira beynəlxalq patent alıb.

Yeni ixtira aqressiv mühitlərdə nəzərdə tutulan neft-mədən və kimya maşıqayırması qurğularının hazırlanması üçün tətbiq oluna bilər .

Qeyd edək ki, ixtira müəlliflik hüququ qorunmaqla müvafiq sənaye sahələrində istifadə oluna bilər.

 


Related news