Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “AzTU könüllüləri” təcrübə proqramının iştirakçılarına sertifikat təqdim olunub

“AzTU könüllüləri” təcrübə proqramının iştirakçılarına sertifikat təqdim olunub

25.06.2023     774     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Sosial İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “AzTU könüllüləri” proqramının iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli, AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, Maşınqayırma və robototexnika fakültəsinin dekanı Malik Qarayev və “AzTU TV studiyası”nın direktoru Səfa Bağırov çıxış edərək proqramın əhəmiyyətindən danışıblar, həmçinin iştirakçıları təbrik ediblər. Qeyd olunub ki, aprel ayında icrasına başlanılan üç aylıq proqramda iştirak üçün 200-ə yaxın tələbə müraciət edib. AzTU-nun 14 struktur bölməsindən mərkəzə daxil olan müraciət əsasında ilkin mərhələdə tələbələrdən 33 nəfəri könüllü kimi cəlb olunub. Proqramın yekununda isə könüllülərin bacarıqlarının qiymətləndirilməsi üçün struktur bölmələri tərəfindən mərkəzə xasiyyətnamə təqdim olunub.

Daha sonra sertifikatların təqdim olunması mərasimi olub. Beləliklə, komandada işləmə və kommunikasiya qurmaq, həmçinin verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirmək bacarıqları ilə fərqlənən könüllülərə fərqlənmə sertifikatı, digər tələbələrə isə proqramda iştirak etdiklərinə görə sertifikat təqdim olunub.

Qeyd edək ki, “AzTU könüllüləri” təcrübə proqramının növbəti mərhələsinə sentyabr ayında start veriləcək.


Related news