Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU İnkubasiya Mərkəzində “Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

AzTU İnkubasiya Mərkəzində “Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

17.12.2025     37     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşlarının iştirakı ilə tələbələr üçün “Startap və İnnovasiya” mövzusunda təlim keçirilib.

Təlimdə İRİA-nın layihə menecerləri Nigar Davud, Xumar Cəmilli və Aydın Səmədov iştirak edərək öz bilik və təcrübələrini tələbələrlə bölüşüblər.

Sessiya çərçivəsində iştirakçılara startap ekosistemi və innovasiya sahəsi üzrə əsas anlayışlar təqdim olunub. Təlim zamanı “Startap anlayışı və onun mahiyyəti”, “İnnovasiya nədir və innovativ yanaşmanın əhəmiyyəti”, “Startapın adi biznes və ideyadan fərqləri”, “Prototip və MVP anlayışları”, “İnnovasiya və dəstək proqramları”, “Tələbə olaraq innovasiyaya başlama yolları” mövzuları ətrafında geniş müzakirələr aparılıb.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib və interaktiv müzakirələr aparılıb.


Related news