Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (AzTU) arasında əməkdaşlıq əlaqələri genişlənir.
Bununla bağlı AzTU-da keçirilən görüşdə rektor Vilayət Vəliyev, prorektorlar, həmçinin MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova iştirak edib.
Görüşdə universitetlər arasında ikili diplom proqramlarının, birgə elmi-tədqiqatların yerinə yetirilməsi, birgə konfransların təşkili və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.