Konya Texniki Universitetinin rektoru Osman Nuri Çelik və baş katib Kamil Gök Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Rektor Vilayət Vəliyev universitetdə görülən işlər, həyata keçirilən layihələrlə bağlı qonaqlara məlumat verib.
Konya Texniki Universitetinin rektoru Osman Nuri Çelik AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Görüş zamanı univerisitetlər arasında birgə elmi-tədqiqat layihələrinin hazırlanması, doktorantura səviyyəsində ikili elmi rəhbərlik imkanları, həmçinin tələbə-müəllim mübadiləsi kimi məsələlər müzakirə olunub.
Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.