Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları Qazaxıstanda “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə iştirak edib

AzTU əməkdaşları Qazaxıstanda “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə iştirak edib

20.05.2025     72     AzTU

13–16 may tarixlərində Qazaxıstanın Türkistan şəhərində “Türk Mühəndislər Dərnəyi” nin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəvəti ilə Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Elvin Bəxtiyarlı, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov, Kibertəhlükəsizlik kafedrasının müdiri professor Yadigar İmamverdiyev və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri dosent Atif Namazov “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə müxtəlif sahələr üzrə keçirilən müzakirələrdə iştirak edib. AzTU əməkdaşları tədbirdə müvafiq mövzularda geniş təqdimat ediblər.

Tədbirdə mühəndisliyin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, mühəndisliyin müasir problemləri, qarşıda duran vəzifələri, Türk Dünyası Mühəndislik Birliyi, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, ictimai təşkilatların, həmkarlar ittifaqlarının mühəndislikdə rolu istiqamətində çıxış edən Elvin Bəxtiyarlı tədbirdə ATİAHİ Respublika Komitəsi və müvafiq olaraq AzTU HİK tərəfindən həyata keçirilən işlərdən danışıb.

Dörd gün davam edən zirvə görüşündə mühəndisliyin bir sıra istiqamətlərində müzakirələr aparılıb. Tədbirin sonunda 2026-cı ildə “III Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”nin Azərbaycanda keçirilməsi qərara alınıb.


Related news