Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov , Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri Nicat Zöhrabov, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti Ramin Aslanov, Logistika və Nəqliyyat İnstitutunun böyük elmi işçiləri Ülvi Çavadli və Röyal Allahverdiyev, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Elməddin Salayev, Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının baş müəllimi Fərhad Talışinski Özbəkistanda Daşkənd Dövlət Nəqliyyat Universitetində səfərdə olub.
Məqsəd universitetlər arasında imzalanmış memoranduma uyğun olaraq birgə elmi fəaliyyətin genişləndirilməsi, təhsil sahəsində əldə edilmiş uğurlu təcrübələrin mübadiləsi olub.
Səfər çərçivəsində aparılacaq elmi-tədqiqatların istiqamətləri muəyyənləşdirilib, Logistika və Nəqliyyat İnstitutunun fəaliyyətinə və icra etdiyi layihələrə həsr olunmuş vorkşop keçirilib. Yerinə yetirilmiş və irəlidə nəzərdə tutulan işlər barədə Fuad Daşdəmirov, Ramin Aslanov və Ülvi Cavadlının təqdimatları dinlənildikdən sonra ətraflı müzakirələr aparılıb.
Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, böyük elmi işçisi Ülvi Çavadli və Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri Nicat Zöhrabov Daşkənd Dövlət Texniki Universitetində dissertasiya işinin müdafiəsində iştirak ediblər.
Fuad Daşdəmirovun təşəbbüsü ilə Daşkənd Dövlət Nəqliyyat Universitetinin Nəqliyyat vasitələri mühəndisliyi kafedrasının iclasında AzTU-nun Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının doktirantı, baş müəllim Elmeddin Salayevin dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib. Maraqlı müzakirələrlə keçən seminarda müəllif mütəxəssislərin suallarını cavablandırıb.
Daşkənd Dövlət Nəqliyyat Universitetinin Nəqliyyat vasitələri mühəndisliyi kafedrasının professor Akmal Anvaroviç Muxitdinov dissetasiyada qoyulan məsələlərin əhatəliliyini bildirərək işin müdafiəyə çıxarılmasını tövsiyə edib.
Səfər ərzində nümayəndə heyəti Daşkənd Dövlət Nəqliyyat Universitetinin ixtisas laboratoriyalarını və emalatxanalarını ziyarət ediblər.
Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov Daşkənd Dövlət Nəqliyyat Universitetinin Avtomobil nəqliyyatı mühəndisliyi fakültəsinin tələbələrinə "Nəqliyyat sistemləri üçün risk və böhranların idarə edilməsi" və "Nəqliyyat proseslərinin simulyasiyası" mövzularinda ustad dərsləri keçib. Dərsin sonunda tələbələrin sualları ətrafında müzakirələr olub.