Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları Almaniyada beynəlxalq konfransda iştirak edib

AzTU əməkdaşları Almaniyada beynəlxalq konfransda iştirak edib

13.11.2025     58     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov və kafed­ranın dosenti Ərəstun Məmmədov Almaniyanın Bran­den­burq Texniki Universiteti Cottbus-Senftenberg-də (BTU C-S) “Network for energy supply and energy efficiency (NESEFF): Enerji təchizatı və enerji səmərəliliyi şəbəkəsinin 10 illiyi” adlı beynəlxalq konfransda iştirak edib.

Konfrans çərçivəsində NESEFF-in fəal əməkdaşları fəxri fərmanla təltif olunub. Təltif olunanlar arasında professor Nizami Yusubov və dosent Ərəstun Məmmədov da olub.

Konfransdan sonra iştirakçılar Almaniya Hava və Kosmik Araşdırmalar Mərkəzinə səfər edib, burada sınaq istilik nasosu ilə tanış olublar.

Qeyd edək ki, beynəlxalq NESEFF şəbəkəsi 2015-ci ilin sentyabrında AzTU, BTU C-S, Milli Tədqiqat Universiteti – Moskva Energetika İnstitutu, Uk­ray­na Milli Dağ-Mədən Universitetlərinin iştirakı ilə Bakıda keçirilən “Enerji Təchizatı və Enerji Səmərəliliyi” üzrə beynəlxalq seminarda yaradılıb. Hazırda Azərbaycan, Almaniya, Çexiya, Polşa və Ukraynanın ümumilikdə 20-dən çox ali məktəb və tədqiqat mərkəzləri şəbəkə daxilində fəaliyyət göstərirlər.


Related news