AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımovun həmsədrliyi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərlinin elmi katibliyi ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı öz işini seksiya iclasları ilə davam etdirib.
Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun böyük elmi işçisi Cavid Abbaslı seksiya iclasında “Nevroloji əsaslı psixi pozuntuların artan dinamikasının neyron şəbəkələrlə tədqiqi” və “Analysis of Large Language Models for the central processing of medical data” mövzularında məruzə edib.
Daha sonra mövzular üzrə suallar cavablandırılıb.