Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşı “PAŞA Bank Kuboku VII” proqramlaşdırma müsabiqəsində 2-ci yerə layiq görülüb

AzTU əməkdaşı “PAŞA Bank Kuboku VII” proqramlaşdırma müsabiqəsində 2-ci yerə layiq görülüb

27.05.2025     126     AzTU

“Paşa Bank”ın təşkilaçılığı və Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun təşkilati dəstəyi ilə ölkədə informasiya texnologiyaları (İT) sahəsinin inkişafına dəstək verilməsi, bu istiqamətdə təhsil alan gənclərin, eləcə də İT üzrə fəaliyyət göstərən peşəkar kadrların potensialının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə artıq yeddinci dəfə təşkil olunan “PAŞA Bank Kuboku VII” proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib.

“PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən müsabiqəyə müxtəlif yaş qruplarına aid iştirakçılar, o cümlədən məktəblilər, tələbələr və peşəkar proqramçılar qoşularaq proqramlaşdırma və alqoritmik biliklərini sınayıblar.

Üç mərhələdən ibarət olan müsabiqənin ilk iki mərhələsi (I mərhələ: verilənlərin strukturları, axtarış və çeşidləmə alqorimtləri; II mərhələ: dinamik proqramlaşdırma, qraflar nəzəriyyəsi; mövzularında) onlayn keçirilib.

Sözügedən iki mərhələdə yüksək nəticə göstərmiş 60 iştirakçı finala vəsiqə qazanıb. AzTU-da keçirilən final turunda iştirakçılara 4 saat ərzində 6 alqoritmik məsələnin proqramını tərtib etmək və “HackerRank” platformasında sınaqdan kecirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə görə 3 kateqoriya (şagird, tələbə, peşəkar) üzrə qaliblər müəyyənləşib.

Hər kateqoriya üzrə ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən qiymətli hədiyyələrlə (I yer “MacBook Pro M3”, II yer “iPad Pro 11 M4”, III yer “Apple watch”) mükafatlandırılıb.

AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun əməkdaşı Kənan Əsgərli peşəkarlar kateqoriyası üzrə II yerə layiq görülüb.


Related news