Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir təşkil edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin və digər yerli və xarici qurumların nümayəndələri iştirak edib.
Müzakirələr "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzularını əhatə edən panel sessiyalarla davam etdirilib.
Tədbirdə Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq tələbələrlə iş sahəsində xüsusi nailiyyətlərinə görə təltif olunub.