Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Zəfər turniri”nin bağlanış mərasimi keçirilib

AzTU-da “Zəfər turniri”nin bağlanış mərasimi keçirilib

26.11.2025     42     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və universitetin 75 illik yubileyi münasibətilə təşkil olunmuş “Zəfər turniri”nin bağlanış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qalibləri təbrik edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, Zəfər turniri həm Zəfər Gününün tarixi əhəmiyyətinin qeyd olunması, həm də AzTU-nun 75 illik yubileyinə töhfə verən mühüm tədbirlərindən biridir. O, AzTU tələbələrinin idman sahəsində beynəlxalq və yerli yarışlarda uğurlarını xüsusi qeyd edib. Bildirib ki, AzTU-da sağlam həyat tərzinin təbliği hər zaman diqqət mərkəzində saxlanılır.

Daha sonra mükafatlandırma mərasimi olub.

Qeyd edək ki, turnirdə 200-dən çox birinci kurs tələbəsi 6 idman növü üzrə mübarizə aparıb. Yarışlar futbol, voleybol, stolüstü tennis, dama, şahmat və basketbol üzrə təşkil olunub. Turnirdə həmçinin Türkiyə–Azərbaycan Universitetinin tələbələri də iştirak edib.


Related news