Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da yay imtahan sessiyası başlayıb

AzTU-da yay imtahan sessiyası başlayıb

02.06.2025     139     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2024/2025-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

Sessiya iyulun 5-də yekunlaşacaq.

Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 10-16 iyun tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alan I və II kurslar üçün test, yazılı-elektron, III kurslar üçün şifahi və test üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test üsulla təşkil edilib.

Magistratura səviyyəsində isə imtahanlar şifahi üsulla keçirilir.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 10-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 11 25) fəaliyyət göstərir.


Related news