Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Universitetlərdə Süni İntellekt: Dəyişiklik Qapımızda” mövzusunda tədbir keçirilib

AzTU-da “Universitetlərdə Süni İntellekt: Dəyişiklik Qapımızda” mövzusunda tədbir keçirilib

04.04.2025     27     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Universitetlərdə Süni İntellekt: Dəyişiklik Qapımızda” adlı elmi-praktik tədbir keçirilib. Tədbirdə AzTU-nun professor-müəllim heyəti, təhsil mütəxəssisləri və tələbələr iştirak edib. 

Əsas məruzəçi qismində çıxış edən Türkiyənin Çankaya Universitetinin prorektoru, tanınmış alim Prof. Dr. Buket Akkoyunlu süni intellekt texnologiyalarının ali təhsil müəssisələrində tətbiqi, müəllimlərin bu texnologiyalarla qarşılıqlı fəaliyyəti və yeni rolları, tədris strategiyalarının yenidən qurulması və etik məsələlərə dair dəyərli fikirlərini iştirakçılarla bölüşüb.

Tədbirin sonunda süni intellektin tədris proseslərinə inteqrasiyası, təhsildə yarana biləcək çağırışlar və yeni imkanlar barədə müzakirələr aparılıb.


Related news