Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Ulu Öndərin 102 illiyinə həsr olunmuş XII Spartakiadanın bağlanış mərasimi keçirilib

AzTU-da Ulu Öndərin 102 illiyinə həsr olunmuş XII Spartakiadanın bağlanış mərasimi keçirilib

08.05.2025     63     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş AzTU əməkdaşları və tələbələri arasında keçirilən ənənəvi XII Spartakiada sona çatıb. AzTU Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaq Komitəsi (THİK) və AzTU İdman Klubunun təşkilatçılığı ilə keçirilən bağlanış mərasimində ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Spartakiadada iştirak edən AzTU əməkdaşları idmanın futbol, voleybol, stolüstü tennis, dama və şahmat üzrə, AzTU tələbələri isə futbol, voleybol, stolüstü tennis, dama, şahmat, basketbol və güləş üzrə yarışıblar.

Qalibləri təbrik edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, Spartakiadada 250-ə yaxın əməkdaş və 400-ə yaxın tələbə iştirak edib. Prorektor AzTU-da idmanın, bədən tərbiyəsinin inkişafının hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov və AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı yarış iştirakçılarına öz təbriklərini çatdırıb və fəal iştirak etdiklərinə görə təşəkkürlərini ifadə ediblər. Çıxışlarda Ümumilli Liderin gənclərin və vətəndaşların idmana və sağlamlığa göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Həmçinin əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və onların sağlamlıqlarının qorunması istiqamətində AzTU-nun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə əməkdaşlığı və gələcək imkanlar barədə də məlumat verilib.

Daha sonra təltifetmə mərasimi olub.

Şahmat yarışlarında əməkdaşlar arasından I yerə Nəqliyyat və logistika fakültəsi, tələbələr arasından isə Xüsusi texnika və texnologiya fakültəsi layiq görülüb.

Stolüstü tennis yarışlarında əməkdaşlar arasından I yerə Maşınqayırma və robototexnika fakültəsi, tələbələr arasından isə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi layiq görülüb.

Dama yarışlarında əməkdaşlar arasından I yerə Ümumi şöbələr komandası, tələbələr arasından isə Maşınqayırma və robototexnika fakültəsi layiq görülüb.

Volleybol yarışlarında əməkdaşlar arasından I yerə Ümumi şöbələr komandası, tələbələr arasından isə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi layiq görülüb.

Futzal yarışlarında əməkdaşlar arasından I yerə Ümumi şöbələr komandası, tələbələr arasından isə Metallurgiya və kimya texnologiya fakültəsi layiq görülüb.

Tələbələr arasında keçirilən basketbol yarışlarında I yerin sahibi Energetika fakültəsi olub.

Sərbəst güləş üzrə yarışlarda isə AzTU tələbələri fərqli çəki dərəcələrində I, II və III yerləri bölüşdürüblər.

Qaliblər AzTU rektorluğu, HİK və THİK tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunub.


Related news