Azərbaycan Texniki Universitetində (AzTU) “Elsevier” şirkətinin “Scopus” və “ScienceDirect” bazalarının təqdimatı keçirilib. Təqdimatda AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları, “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzka, həmçinin müxtəlif ali məktəblərin nümayəndələri iştirak ediblər.
İştirakçıları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə tədrisin və elmi-tədqiqatların inkişafından danışaraq bu istiqamətdə kitabxanaların mühüm rolunu qeyd edib. Bildirib ki, kitabxanaların beynəlxalq əməkdaşlığı inkişaf etdirməsi elmin inkişafı üçün mühüm amillərdən biridir.
AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyevanın moderatorluğu ilə keçirilən təqdimatda “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzkanın “Scopus” və “ScienceDirect” bazaları ilə bağlı ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.