Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib

AzTU-da "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib

18.03.2026     79     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilib.

Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib.

Tədbir torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Novruz bayramı münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev birlik və həmrəylik rəmzi sayılan bu əziz bayramın ənənələrindən danışıb. Baharın gəlişini müjdələyən Novruzun Azərbaycanda hər il təntənə ilə qeyd olunduğunu deyən rektor, bu tədbirlərin qədim adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi baxımından önəmini bildirib.

Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirmiş tələbələrə təşəkkürnamə təqdim olunib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.


Related news