Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

08.05.2023     505     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib. Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov çıxış edərək kitabın insanın fhəyatındakı rolundan danışıb. Sübhan Namazov tələbələrin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. 

Daha sonra “Kitab Klubu”nun təsisçisi, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Lamiyə Miryaqubova “Kitab seçimində haqlıyıqmı?” mövzusunda çıxış edib. O, ödənişsiz mütaliə platformaları və dünyada ən çox oxunan kitablar (bestseller) haqqında tələbələrə ətraflı məlumat verib. 


Related news