Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə (İİV infeksiyası) mübarizə tədbirləri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) infosessiya keçirib.
AzTU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi tələbələr arasında insanın immunçatışmazlığı virusu (İİV) və Qazanılmış İmmunçatışmazlıq Sindromu (QİÇS) barədə məlumatlılığı artırmaq və bu sahədə profilaktik tədbirlərin vacibliyini vurğulamaq olub.
Maarifləndirmə tədbirində İİV və QİÇS-in yoluxma yolları, qarşısının alınması üsulları və xəstəliyin cəmiyyətə təsiri ilə bağlı geniş məlumat verilib. Tələbələrə həmçinin bu mövzuda düzgün məlumatlanmağın önəmi və İİV-lə yaşayan insanların hüquqlarının qorunması məsələləri izah edilib.