Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Oxu günü” keçirilb

AzTU-da “Oxu günü” keçirilb

01.05.2023     640     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Oxu günü” keçirilib. Tədbirin rəsmi hissəsində çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, UNESKO-nun qərarı ilə hər il aprelin 23-ü “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir. Bütövlükdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur ki, bu da tələbələrin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır. Həbib Mirzəyev kitabın şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərinin təşəkkülündə müstəsna rolunu da diqqətə çatdırıb. Daha sonra  çıxış edən Humanitar fənlər kafedrasının dosenti Afaq Zeynalova belə tədbirin tələbələrin mənəvi zənginləşməsi baxımından əhəmiyyətini bildirib.

Tədbiin bəddi hissəsində AzTU tələbələrinin ifasında xalq şairi Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanan eyniadlı tamaşadan səhnə və görkəmli şair Mikayıl Müşfiqlə ömür-gün yoldaşı Dilbər Axundzadənin tanışlıq səhnəsi təqdim edilib. Tələbələr həmçinin xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqub yaradıcılığından şeirlər səsləndiriblər.


Related news