Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Məzun Günü-2025” tədbiri keçirilib

AzTU-da “Məzun Günü-2025” tədbiri keçirilib

24.06.2025     222     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü-2025” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər. “Məzun Günü-2025” tədbiri ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra AzTU-nun 75 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3000-dən çox tələbənin məzun olduğunu bildirib və onları təbrik edib. O, qeyd edib ki, bu il AzTU-nun 75 illik yubileyi qeyd olunacaq. Universitetin 75 illik tarixi inkişaf yoluna nəzər salan rektor bu illər ərzində AzTU-nun qazandığı mühüm uğurlara diqqət çəkib. Rektor AzTU-nun son illər beynəlxalq reytinqlərdə uğurla irəliləməsini və bu uğurlarda AzTU əməkdaşlarının, eləcə də tələbə, müəllim və məzunların rolunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzTU-nun fəxri məzunu, millət vəkili Zahid Oruc, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Bakı Gəmiqayırma Zavodunun Tədris Mərkəzinin Təlim və inkişaf bölməsinin rəhbəri Nəcəf Mustafayev AzTU məzunlarını təbrik ediblər. Çıxış edənlər məzunlara uğurlar arzulayaraq Azərbaycanın əmək bazarında layiqli yerləri tutmağı, xaricdə ölkəni layiqincə təmsil etməyi tövsiyə ediblər.

Çıxışlardan sonra AzTU-nu yüksək ümumi orta müvəfəqiyyət göstəricisi ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub.

“Məzun Günü-2025” tədbiri konsert proqramı ilə davam edib.


Related news