Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Maliyyə savadlılığının karyera uğuruna təsiri” mövzusunda təlim keçirilib

AzTU-da “Maliyyə savadlılığının karyera uğuruna təsiri” mövzusunda təlim keçirilib

27.11.2025     39     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) Karyera və məşğulluq mərkəzinin və AccessBank-ın birgə təşəbbüsü ilə “Maliyyə savadlılığının karyera uğuruna təsiri” mövzusunda təlim keçirilib.

Məqsəd tələbələrdə şəxsi maliyyə idarəetməsi bacarıqlarını gücləndirmək, onların maliyyə davranışlarını düzgün formalaşdırmaq və gələcək karyera inkişafında maliyyə qərarlarının rolunu izah etmək olub.

Sənaye iqtisadiyyatı və menecment fakültəsinin tələbələri təşkil olunan təlim AccessBank-ın Təhsil və inkişaf şöbəsinin müdiri Xumar Hüseynova və Biznes partnyorluq şöbəsinin müdiri İlhamə Rüstəmli mövzu ilə bağlı vacib məlumatları tələbələrin diqqətinə çatdırıb.

Təlim zamanı tələbələr həmçinin real həyatdan götürülmüş nümunələr, müxtəlif praktiki tapşırıqlar və interaktiv müzakirələr əsasında maliyyə savadlılığının gündəlik həyatda və peşəkar inkişafda əhəmiyyətini dərindən anlamaq imkanı əldə ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.


Related news