Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr üçün seminar keçirilib

AzTU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr üçün seminar keçirilib

20.05.2025     72     AzTU

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün hüquqşünas Şükufə Muradsoy tərəfindən seminar keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Salamlama nitqi ilə çıxış edən AzTU-nun Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub və bununla əlaqədar ölkədə müxtəlif tədbirlər keçirilir. Bu gün keçirilən seminar da həmin tədbirlərin məntiqi davamıdır.

Daha sonra çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev “Konstitusiya və Suverenlik İli”nin Azərbaycanın tarixində böyük ictimai-siyasi hadisə olduğunu diqqətə çatdırıb. Həbib Mirzəyev vurğulayıb ki, bu cür tədbirlər tələbələrin vətənpərvər ruhunun yüksəlməsinə xidmət edir.

Hüquqşünas Şükufə Muradsoy tələbələri Azərbaycan Respublikasının Konstitusiyasının əsas müddəaları ilə tanış edərək, konstitusion hüquqlar barədə məlumat verib. Şəbnəm Muradsoy ailə, sağlamlıq, təhsil, nikah, əmək, şərəf və ləyaqətin müdafiəsi və digər hüquqlardan bəhs edib.

İnteraktiv şəkildə keçən seminarda tələbələr onları maraqlandıran sualları hüquqşünasa ünvanlayıb.


Related news