Azərbaycan Texniki Universitetində (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri üçün “IT SkillSprint” rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı haqqında infosessiya keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmdal İnkişaf Agentliti (İRİA), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “Ironhack” qlobal tədris şirkətinin tərəfdaşlığı ilə təşkil olunan proqram tələbələrin müasir texnologiyalar üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirməyi hədəfləyir.
İnfosessiyada çıxış edən İRİA-nın nümayəndəsi Leyla Zeynalova “IT SkillSprint” proqramına qeydiyyat prosesi, seçim turu, tədris prosesi haqqında geniş məlumat verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndəsi İnarə Vəliyeva tələbələrə uğurlar arzu edib və proqramın əhəmiyyətindən danışıb.
Tədbir zamanı İT sahəsinə dair əyləncəli viktorinalar keçiril, fərqlənən tələbələr mükafatlandırılıb.