Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da günəş elektrik stansiyası istifadəyə verilib

AzTU-da günəş elektrik stansiyası istifadəyə verilib

26.12.2023     1584     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində daha bir layihə həyata keçirilib.

Belə ki, universitetin həyətində hər birinin gücü 500 vatt olan dörd ədəd müasir günəş panellərindən ibarət gücü 2 kVt olan günəş elektrik stansiyası istifadəyə verilib.

AzTU-da bərpa olunan enerji sahəsində təhsil alan tələbələr stansiyanın iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər.

Xatırladaq ki, cari ilin iyul ayında AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları istifadəyə verilib. 


Related news