Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da ENGAGE layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib

AzTU-da ENGAGE layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib

20.02.2024     684     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində akademik heyət üçün məlumatlandırma sessiyası keçirilib.

Sessiya zamanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah ENGAGE layihəsinin qısa icmalı, layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr haqqında məlumat verib. Eyni zamanda, layihənin Avropa tərəfdaşları olan İsveçin Kral Texnologiya Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti və Portuqaliyanın Lissabon Universitetində mövcud sahibkarlıq ekosistemi haqqında təqdimat nümayiş olunub, Azərbaycan universitetlərində tətbiq oluna biləcək yeniliklər müzakirə olunub.


Related news