Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Alman Mədəniyyət Günü keçirilib

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

22.12.2023     749     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) ənənəvi olaraq Alman Mədəniyyət Günü keçirilib.

Tədbirdə AzTU-un alman dili qruplarında fəaliyyət göstərən akademik heyət Almaniyanın milli adətləri barədə məlumat verib. Həmçinin AzTU-nun foyesində Yeni ilin gəlişi münasibətilə hazırlanmış bayram süfrələri də nümayiş olunub.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun Almaniya universitetləri və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əlaqələrindən danışıb. Nurəli Yusifbəyli AzTU-da alman dilinin təşviqi ilə bağlı görülən işlər və DAAD-nin nümayəndəsi Klaudio Kasperlin universitetdə müəllimlik fəaliyyəti barədə də məlumat verib.

Daha sonra beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Alman mühəndislik fakultəsinin dekanı Ərəstun Məmmədov  və  AzTU-da Alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl çıxış edərək AzTU-DAAD əməkdaşlığının perspektivlərindən danışıblar.

Tədbir tələbələrin ifasında şeir və rəqslərlə davam edib.


Related news