Azərbaycan Texniki Universitetində (AzTU) yeni tədris ilindən təşkil olunan alman dili qruplarında dərslər davam etdirilir.
Dərsləri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl keçir.
Alman dili dərslərində 3 qrup üzrə həftədə iki dəfə olmaqla tələbələr, akademik və inzibati heyət iştirak edir. Gələcəkdə dərslərin sayının artırılması, həmçinin DAAD-nin maliyyə dəstəyi ilə həyata keçirilən təqaüdlü elmi təcrübə proqramlarından faydalanmaq imkanlarının artırılması nəzərdə tutulub.