Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU Bakı Enerji Həftəsində uğurla təmsil olunub

AzTU Bakı Enerji Həftəsində uğurla təmsil olunub

05.06.2025     110     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) 2–4 iyun 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsində uğurla iştirak edib.

Universitetin Mexatronika kafedrası innovativ “Mavi Enerji – Ağıllı Dalğa Enerjisi Çeviricisi” layihəsi ilə startap zonasında yer alıb.

Layihə müəllifi Mexatronika kafedrasının müəllim köməkçisi İlkin Əliyev və tələbə Eldar Dərvişov tərəfindən təqdim olunan startap həm yerli, həm də beynəlxalq şirkətlərin böyük marağına səbəb olub və bir sıra əməkdaşlıq təklifləri ilə nəticələnib.

Layihə dəniz dalğalarının həm şaquli, həm də üfüqi hərəkətlərindən istifadə edərək davamlı elektrik enerjisi istehsalını hədəfləyir.


Related news