Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Azərkosmos-un əməkdaşları AzTU-da olub

Azərkosmos-un əməkdaşları AzTU-da olub

05.01.2026     88     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin əməkdaşları ilə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndələrinin görüşü keçirilib.

Görüşdə dekan Yadullah Babayev fakültənin fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və inkişaf perspektivləri, həmçinin aerokosmik mühəndislik ixtisasının tədris planı barədə məlumat verib. Bundan başqa, tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və kosmik sənaye üçün ixtisaslı kadr hazırlığının inkişafı məsələləri müzakirə olunub.

AzTU ilə Azərkosmos arasında əməkdaşlığın genişləndirilməsi, tədris planlarının yenilənməsi, istehsalat təcrübələrinin təşkili, həmçinin birgə elmi-tədqiqatların həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar universitetin müxtəlif laboratoriya və emalatxanaları ilə tanış olublar.


Related news