Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News ATİAHİ Respublika Komitəsinin sədri AzTU kollektivi ilə görüşüb

ATİAHİ Respublika Komitəsinin sədri AzTU kollektivi ilə görüşüb

25.10.2024     519     AzTU

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetin həyatında Həmkarlar İttifaqı Komitəsinin (HİK) rolundan söz açıb. O, universitetlə HİK arasında imzalanan kollektiv müqavilə əsasında işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması istiqamətində bundan sonra da birgə fəaliyyət göstərəcəklərini qeyd edib.
Daha sonra AzTU HİK sədri Elvin Bəxtiyarlı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Mirməhəmməd Ələkbərli müvafiq olaraq rəhbərlik etdikləri komitələrin fəaliyyətləri və gələcək hədəfləri ilə bağlı geniş təqdimatla çıxış ediblər.
Hesabat məruzələrindən sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev rektor Vilayət Vəliyevə HİK-in işinin yüksək səviyyədə qurulmasına verdiyi dəstəklərə görə təşəkkürünü bildirərək, hər iki sədrin hesabat məruzəsini müsbət qiymətləndirdiyini və qarşıya qoyulan hədəflərin yüksək səviyyədə icrası məqsədilə Respublika Komitəsi olaraq hər zaman dəstək göstərəcəklərini qeyd edib. Araz Paşayev deyib ki, Respublika Komitəsinin fəaliyyət istiqaməti ittifaq üzvlərinin əmək hüquqlarının və sağlamlıqlarının müdafiəsilə yanaşı onların idealarına, həmçinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dəstək verməkdir.
Sonda oktyabr ayında yubileyləri olan universitet əməkdaşları AzTU-nun rektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədri tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edilib.


Related news