Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Ankara Universitetinin professorları AzTU-da olub

Ankara Universitetinin professorları AzTU-da olub

08.09.2023     625     AzTU

 

Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi Bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı istiqamətində birgə proqramlarda iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, daşınmaz əmlakın idarəedilməsi, layihələrin qiymətləndirilməsi və digər sahələrdə Ankara Universiteti ilə birgə tədqiqatların aparılması da müzakirə olunub. 

 


Related news