Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinin İqtisadiyyat və sosial elmlər fakültəsinin dekanı professor Michael Langenbaan və fakültənin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) tədris işləri üzrə prorektor professor Nurəli Yusifbəyli ilə görüşüb. Görüşdə AzTU əməkaşları da iştirak edib.
Prorektor Nurəli Yusifbəyli universitetdə elm və tədqiqat sahəsində görülən işlər, həyata keçirilən ikili diplom proqramları və layihələr, eləcə də AzTU-nun Azərbaycanın təhsil sahəsinə gətirdiyi yeniliklər barədə qonaqlara ətraflı məlumat verib.
Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinin İqtisadiyyat və sosial elmlər fakültəsinin Dayanıqlılıq üzrə Transformasiya Menecmenti (STM) Proqramının rəhbəri professor Kristian Qansoye proqram haqqında təqdimatla çıxış edib.
Görüş zamanı hər iki univerisitet arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin tələbə-müəllim mübadiləsi, birgə təcrübə proqramlarında iştirak kimi məsələlər də müzakirə olunub.