Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Almaniyadan dəvət olunan müəllim AzTU-da alman dilini tədris edəcək

Almaniyadan dəvət olunan müəllim AzTU-da alman dilini tədris edəcək

06.10.2022     1073     AzTU

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək. İki il ərzində AzTU-nun Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı DAAD-ın proqramları barədə məlumatlandırma və təşfiq işlərini də həyata keçirəcək.

Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb.

O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün də danışıq kursları təşkil edir. 

 


Related news