Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU əməkdaşları Bakının bir sıra məktəblərinin XI sinif şagirdləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə görüşləri davam edir. Növbəti tanışlıq görüşləri Bakının Yasamal, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Qaradağ rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdləri ilə keçirilib. Onlayn təşkil edilən görüşlərdə məktəblərin rəhbərliyi, şagirdlərin müəllimləri və valideynləri iştirak edib. Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb. Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər. Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb. Qeyd edək ki, AzTU əməkdaşlarının XI sinif şagirdləri ilə görüşləri mütəmadi olaraq davam etdiriləcək.     

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışl ..

2022-06-13
AzTU

AzTU əməkdaşları Türkiyədə keçirilən təhsil sərgisində iştirak edir

İstanbul Kent Universitetində təhsil sərgisi açılıb. “Azedu Academy” təhsil mərkəzinin təşkil etdiyi sərginin keçirilməsində məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.Ölkəmizin bir sıra nüfuzlu universitetlərinin təmsil olunduğu sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov, Media ilə iş və kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli də iştirak edir.Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da gücləndirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda, təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.Təhsil proqramına uyğun şəkildə təşkil olunan sərgi bu gün və sabah davam edəcək.    

İstanbul Kent Universitetində təhsil sərgisi açılıb. “Azedu Academy” təhsil mərkəzinin təşkil etdiyi sərginin keçirilməsində məqsəd Azərbaycan universitetlərinin təbliği və ..

2022-06-11
AzTU

AzTU-nun "SABAH Magistratura" tələbələri "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasına səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi ARTİ-nin təşkilatçılığı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına səfər edib. Tələbələr stansiyanın sxemi ilə tanış olub və onlara görülən işlər barədə ətraflı məlumat verilib. Stansiyanın rəhbəri Elmar Məmmədov tələbələrlə söhbət zamanı bu sahədə uğur qazanmaq üçün ilk pillədən başlayaraq işə tam şəkildə yiyələnməyin vacibliyini vurğulayıb. Sonra tələbələr lokomotiv ilə stansiya ərazisinə yollanıblar. İştirakçılara qatarların gediş-gəlişinə nəzarət və onların qeydiyyata alınması, dispetçerlərin iş prosesi əyani olaraq nümayiş etdirilib. Sonra tələbələr yuyucu-buxarlayıcı stansiyada vaqonların necə təmizləndiyini izləyiblər. Son stansiyada isə tələbələrə fövqəladə hallar baş verən zaman görüləcək tədbirlər izah edilib və vaqonların təmir olunması prosesi göstərilib. Tələbələr stansiyada təşkil olunan bu dərsdənkənar fəaliyyətdə iştirak etməklə, auditoriyada qazandıqları bilik və bacarıqları praktiki cəhətdən möhkəmləndiriblər.   

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi ARTİ-nin təşkilatçılığı il ..

2022-06-10
AzTU

AzTU “SABAH”ın tələbəsi Varşavada beynəlxalq sammitdə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Sevinc Yaqubzadə Polşanın paytaxtı Varşavada keçirilən “Perspectywy Women in tech Summit 2022”də iştirak edib. Beynəlxalq sammit Avropada texnologiya və İT sahəsində fəaliyyət göstərən qadınların bir araya gəlməsi məqsədilə təşkil olunub. Builki sammitdə təkcə yeni texnologiyalar deyil, həmçinin iqlim böhranı və qlobal problemlərlə bağlı məslələr də müzakirə olunub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Sevinc Yaqubzadə Polşanın paytaxtı Varşavada keçirilən “Pe ..

2022-06-10
AzTU

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei” şirkətinin Bakı ofisinin nümayəndələri Kang Jia və Eldəniz Əliyevlə görüş keçirilib.  Görüşdə AzTU rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov qonaqlara universitet haqqında məlumat verib. Həmçinin AzTU-nun “Huawei”lə əməkdaşlıq əlaqələrinin inkişaf etdiriliməsində maraqlı olduğu bildirilib. “Huawei”in nümayəndələri tələbələr üçün nəzərdə tutulan “Seeds for the Future” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində “Huawei” ekpertlərinin Azərbaycandan olan 30 tələbəyə İT sahəsi üzrə təlimlər verməsi nəzərdə tutulur. Daha sonra AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, şirkətin təhsillə bağlı digər layihələri istiqamətində fikir mübadiləsi aparılıb.  

Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei” şirkətinin Bakı ofisinin nümayəndələri Kang Jia və Eldəniz Əliyevlə görüş keçirilib.  Görüşdə AzTU rektorunun beynəlxa ..

2022-06-09
AzTU

AzTU-nun rektoru universitetin İdman klubunun müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin İdman klubunun müəllimləri ilə görüş keçirib.Rektor ölkədə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, AzTU-nun İdman klubunda da tələbələrin mütəmadi idanla məşğul olmalarına şəraitin yaradılması, onların respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir. Rektor AzTU tələbələri arasında dünya və Avropa çempionlarının olmasının qürurverici olduğunu bildirib.Görüşdə İdman klubunda görülən işlər və mövcud problemlər barədə məlumat verilib. Həmçinin İdman klubunun perspektiv inkişafı ilə bağlı müəllimlərin təklifləri dinlənilib. Rektor qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.   

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin İdman klubunun müəllimləri ilə görüş keçirib.Rektor ölkədə bədən tərbiyəsi və idmanın inkişafı i ..

2022-06-09
AzTU

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda "AzTU-da İT ixtisaslarının proqramlarına verilən tələblər, əmək bazarının tələb etdiyi bilik-bacarıqlar, ixtisas məzmunu (kontenti)” mövzusunda müzakirələr aparılıb. Şura üzvləri bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin zəruriliyini qeyd ediblər. Həmçinin universitet-sənaye işbirliyinin dayanıqlı inkişafını təmin etmək məqsədilə İT ixtisaslarının proqramlarına müasir çağırışlara uyğun dəyişiklik edilməsinin vacibliyi bildirilib. Şura üzvləri beynəlxalq sertifikatlar alan tələbələrə müvafiq istiqamət üzrə güzəştlərin tətbiqi və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər. AzTU-nun rektoru Vilayət Vəliyev irəli sürülən təkliflərin universitetlərdə rəqəmsal transformasiyanın sürətlənməsinə və İT sahəsində kadr hazırlığının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.   

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda "AzTU-da İT ixtisaslarının proqramlarına verilən təl ..

2022-06-09
AzTU

AzTU-nun “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları və tələbə-müəllim heyəti iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”in Azərbaycanda keçirilməsinin önəmindən danışıb. Rektor festivalın başlamasından bir gün öncə Türkiyənin “Baykar” şirkətinin texnoloji lideri, TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, “Qarabağ” ordenli Selçuk Bayraktarın AzTU-nun qonağı olmasını və ona universitetin fəxri doktoru adının verilməsini xüsusi qeyd edib. Bildirib ki, müdafiə sənayesi üzrə dünyanın ən tanınmış mütəxəssislərindən olan Selçuk Bayraktarın AzTU-nun fəxri qonağı olması, tələbələrlə görüşü həm universitet, həm də ölkə üçün mühüm hadisə idi. Bu görüş, həmçinin universitetin gördüyü işlər və həyata keçirdiyi layihələrlə bağlı məsuliyyətini daha da artırıb. “TEKNOFEST Azərbaycan”da  iştirak edən AzTU komandalarının uğurlarını qeyd edən rektor, növbəti “TEKNOFEST” festivallarında universitetin komandalarının daha böyük nailiyyətlər qazanacağına ümidvar olduğunu bildirib. Vilayət Vəliyev “TEKNOFEST Azərbaycan”da “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci yerə layiq görülən AzTU-nun "TwoDice Sabah", “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yeri tutan "Hi-Tech", həmçinin “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci olan AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandasını təbrik edib. Sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev “TEKNOFEST Azərbaycan”la bağlı universitetin gördüyü işlər, komandaların festivala hazırlıq prosesi və digər məsələlər haqqında geniş təqdimatla çıxış edib. Tədbirin sonunda AzTU-nun “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandalarına sertifikat təqdim olunub.            

Azərbaycan Texniki Universitetinin (AzTU) “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkda ..

2022-06-08
AzTU

Türkiyənin Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli əməkdaşlıq protokolu çərçivəsində Qazi Universitetinə ezam olunan AzTU-nun magistr, doktorant və əməkdaşlarından ibarət heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib. Görüşdə Qazi Universitetinin rektoru Musa Yıldız, universitetin professor və müəllimləri, həmçinin MDU-nun heyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız iştirakçılara uğurlar arzu edib, Azərbaycan universitetləri ilə əməkdaşlıqların bundan sonra da davam edəcəyini bildirib. Qeyd edək ki, 2 ay müddətində təcrübə keçmək imkanı verən AzTU-nun “Tədqiqat-Təcrübə Proqramı” çərçivəsində 1 mart 2022-ci il tarixində 18 nəfərlik 1-ci qrup, 5 may 2022-ci il tarixində isə 14 nəfərlik 2-ci qrup Türkiyənin tanınmış universitetlərinə ezam olunub.  

Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli əməkdaşlıq protokolu çərçivəsində Qazi ..

2022-06-07
AzTU

AzTU-da DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüşün məqsədi DİM tərəfindən 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin İKT istiqamətli ixtisaslarına keçiriləcək qəbul imtahanı üçün proqramın, imtahan modelinin, həmçinin abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanan vəsaitin və s. məsələlərin müzakirəsi olub. AzTU-nun rektoru, professor Vilayət Vəliyev görüşün məqsədi, eləcə də informasiya texnologiyaları, süni intellekt, rəqəmsal bacarıqlar sahəsində universitetdə görülən işlər haqqında məlumat verib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz görüşün qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində hər iki tərəf üçün faydalı olacağını bildirib. Görüşdə çıxış edən DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva informatika fənni üzrə qəbul proqramı və imtahan modelinin ötən ildən hazırlanaraq, dim.gov.az saytında yerləşdirildiyini qeyd edib. A.Batıyeva qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzuların daxil edildiyini bildirib, eyni zamanda imtahan modeli haqqında danışıb. O, həmçinin imtahana hazırlıq çərçivəsində DİM-in internet saytında informatika fənni üzrə Mərkəzlə əməkdaşlıq etmək istəyənlərin elektron qeydiyyat sistemi və qəbul imtahanında istifadəsi nəzərdə tutulan qiymətləndirmə vasitələrinin tərtibi, ekspertizası və yoxlanılması (marker) ilə bağlı hazırlıq kursunun elektron qeydiyyat sistemi haqqında iştirakçılara məlumat verib. İclasda abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin nüsxəsi iştirakçıların nəzərinə çatdırılıb. Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev də çıxış edərək informatika fənni üzrə test bankın formalaşması haqqında məlumat verib, iclasın bu sahədə görüləcək işlərdə əhəmiyyətini qeyd edib.     

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüşün məqsədi DİM tərəfində ..

2022-06-07